Nikola Tesla

Nikola Tesla
serb. Никола Тесла[1]
Doğum adı Никола Тесла[1]
Doğum tarixi 10 iyul 1856(1856-07-10)[2][1][…]
Doğum yeri
Vəfat tarixi 7 yanvar 1943(1943-01-07)[3][2][…] (86 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[4][1]
Dəfn yeri
Atası Milutin Tesla[d][1]
Anası Duka Tesla[d][1]
Elm sahələri elektrik mühəndisliyi[1], maşınqayırma[1], fizik, mexanika, ixtiraçı
İş yerləri
  • Tesla Electric Light & Manufacturing[d] (1886–)[1],
  • Westinghouse Electric[d] (1888–)[1]
Təhsili
  • Karlovats gimnaziyası[d] (18701873)[1],
  • Qrats Texniki Universiteti[d] (18751878)[1],
  • Karlov Universiteti[d]
Üzvlüyü
Mükafatları Knight Grand Cross of the Order of the White Eagle Müqəddəs Sava ordeni Order of the Crown "Ağ şir" ordeninin böyük xaçı "Ağ şir" ordeni Order of Prince Danilo I Knight Grand Cross of the Order of Saint Sava
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikola Tesla (serb-kiril. Никола Тесла, 10 iyul 1856[2][1][…], Smilyan, Xorvatiya, Avstriya imperiyası[3][1]7 yanvar 1943[3][2][…], Hells Kitçen[d], Nyu-York) — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika[5][6][7][8] futuroloqu, elektrikimaşın mühəndisi, ixtiraçısı.[9]

Tesla 1884-cü ildə ABŞ-nın Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb.

Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi.[10] Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı.

Tesla nailiyyətlərinə görə məşhurlaşdı və sonda tipik "çılğın alim" kimi populyar mədəniyyətdə şöhrət qazandı.[11] Patentləri ona xeyli pul qazandırdı və uğurundan müxtəlif dərəcədə öz layihələrinin maliyyələşdirilməsi üçün istifadə etdi.[12]:121,154 O, həyatının çoxunu — təqaüdə çıxana kimi müxtəlif Nyu York otellərində yaşayıb. Tesla 7 yanvar 1943-cü ildə vəfat etdi.[13] Onun yaradıcılığı vəfatından sonra unudulmağa başlayıb, ancaq 1960-cı ildə Çəki və Ölçülər üzrə Baş Konfrans Beynəlxalq Sistemlərdə onun şərəfinə maqnit induksiyasının vahidini tesla adlandırıb.[14] Teslaya aid hekayələrə 1990-cı illərdən bəri populyar mədəniyyətdə yenidən maraq oyanıb.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 Nikola Tesla.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Цверава Г. К. Тесла Никола // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1976. Т. 25 : Струнино — Тихорецк. С. 512–513.
  4. http://www.teslauniverse.com/nikola-tesla-timeline-1943-tesla-dies-at-86.
  5. Burgan, Michael (2009). "Nikola Tesla: Inventor, Electrical Engineer" (ingilis). 2014-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr,2014.
  6. "Electrical pioneer Tesla honoured" (ingilis). news.bbc.co.uk. 2015-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr,2014.
  7. "NIKOLA TESLA" (ingilis). history.com. 2015-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr,2014.
  8. "Nikola Tesla". Encyclopædia Britannica (ingilis). britannica.com. 2015-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr,2014.
  9. Laplante, Phillip A. (1999). "Comprehensive Dictionary of Electrical Engineering 1999" (ingilis). 2014-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr,2014.
  10. Tesla Memorial Society of New York Website. "Tesla Tower in Shoreham Long Island (1901–1917) meant to be the "World Wireless" Broadcasting system" (ingilis). 2003-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr,2014.
  11. Van Riper, 2011
  12. Cheney, Margaret. Tesla: Man Out of Time. Simon & Schuster. 2001. ISBN 0-7432-1536-2. 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-18.
  13. O'Shei, Tim (2008). Marconi and Tesla: Pioneers of Radio Communication. MyReportLinks.com Books. s. 106.
  14. Tesla Memorial Society of New York. "Welcome to the Tesla Memorial Society of New York Website" (ingilis). 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr,2014.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne